İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb.
Modern.az xəbər verir ki, məlumatı İran tərəfi yayıb.
Telefon danışığı zamanı nazirlər Ramazan bayramı münasibətilə bir-birini təbrik ediblər. Çavuşoğlu və Abdullahian ikitərəfli və regional məsələləri müzakirə edib.