Modern.az

G7-dən taxıl sazişi ilə bağlı mühüm qərar

G7-dən taxıl sazişi ilə bağlı mühüm qərar

Dünya

23 Aprel 2023, 09:54

G7 ölkələri taxıl sazişinin uzadılmasını dəstəkləmək barədə qərar qəbul ediblər.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirlərinin toplantısında razılıq əldə olunub.

 

Razılığa əsasən, G7 ölkələri həmçinin Ukraynanı aqrar sahədə dəstəkləyəcəklər.

 

Qeyd edək ki, Rusiya və Ukrayna arasında Türkiyə və BMT ilə birlikdə taxıl müqaviləsi 2022-ci ilin yayında razılaşdırılıb. Müqavilə taxıl ixracı üçün Ukrayna limanlarının açılmasını, Rusiya gübrələrinin və kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılmasını nəzərdə tutur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi