Modern.az

Ukrayna Xersonun sol sahil ərazilərində mövqelər tutub

Ukrayna Xersonun sol sahil ərazilərində mövqelər tutub

Dünya

23 Aprel 2023, 10:18

"Rusiya hərbi bloqçuları Ukrayna qüvvələrinin aprelin 22-dən etibarən Xerson vilayətinin sol sahilində mövqelər tutduğunu təsdiqləyən görüntülər təqdim ediblər".

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində qeyd olunub.

 

“Bu kadrlar həm də onu göstərir ki, Rusiya qüvvələri Kinka və Çayka çaylarında adalara nəzarət edə bilmir. Rusiya qüvvələri Oleşki və Novaya Kaxovka kimi şəhər ərazilərində müdafiəni qoruyub saxlamağa üstünlük verə bilər, amma Dnepr deltasındakı adalar nəzarətsiz qalacaq" - deyə bildirilib.

 

"Ukraynanın bu səylərinin miqyası və niyyətləri, eləcə də ərazidə sabit mövqe saxlamaq qabiliyyəti və istəyi qeyri-müəyyən olaraq qalır", - əlavə edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi