Türkiyədə yol qəzası baş verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kocaeli vilayətində qeydə alınıb.
Belə ki, İstanbul istiqamətində hərəkət edən avtobus qəzaya uğrayıb. Nəticədə13 sərnişin yaralanıb. Xəsarət alanlar dərhal xəstəxanalara çatdırılıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.