Ukraynaya tədarükü nəzərdə tutulan 6 ədəd "Leopard" tankı İspaniyanı tərk edərək Kiyevə yola düşüb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
Tanklar yük gəmisinə yüklənib və dəniz yolu ilə Polşaya göndəriləcək. Ümumilikdə İspaniyanın təxminən 350 "Leopard 2" tankı var.
Qeyd edək ki, fevralın sonunda İspaniyanın baş naziri Pedro Sançes Ukraynaya 10 "Leopard 2" tankı göndərəcəyini açıqlamışdı. Lakin sonra o, hakim koalisiyadakı tərəfdaşlarının etirazları ilə üzləşib. Sol qanadın nümayəndələri bunun müharibəni qızışdıracağını bildirib.