Modern.az

Ermənistanda Türkiyə ilə sərhəddəki keçid məntəqəsi komitəyə verildi

Ermənistanda Türkiyə ilə sərhəddəki keçid məntəqəsi komitəyə verildi

Dünya

23 Aprel 2023, 12:47

Ermənistanda Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinin ərazisi Dövlət Gəlirləri Komitəsinin yurisdiksiyasına verilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, proses martın sonunda başa çatıb və idarə artıq Kadastr Komitəsindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında şəhadətnamələr alıb.
 

Keçid məntəqəsinin nə vaxt istismara hazır olacağı ilə bağlı suala Komitədən cavabda bildirilib ki, işlər ilkin mərhələdədir. Şirak bölgəsindəki keçid məntəqəsi ilə də analoji prosesin nəzərdə tutulub-tutulmamasına gəlincə, bu keçid məntəqəsinin Komitənin yurisdiksiyasına verilmədiyi məlum olub.

 

Aprelin 21-də Ermənistan hökuməti gömrük-keçid məntəqəsinin layihəsinə 72 min dollara yaxın vəsait ayırıb. Tikinti layihəsinin ümumi dəyəri, avadanlıqların alınması, layihənin ekspertizası və s. təxminən 1.9 milyon dollardır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi