Modern.az

Peskovun oğlu da "Vaqner"çi imiş

Peskovun oğlu da

Dünya

23 Aprel 2023, 14:56

Kremlin sözçüsü Dmitri Peskovun oğlu 33 yaşlı Nikolay Peskov Ukraynadakı müharibədə "Vaqner"in tərkibində xidmət etdiyini deyib.

 

Modern.az xəbər verir ki, o, “Komsomolskaya Pravda”ya müsahibəsində Ukraynadakı müharibədə öz təşəbbüsü ilə iştirak etdiyini bildirib.

 

Nikolay Peskov soyadını qismən dəyişməli olduğunu təsdiqləyib.

 

“Bunu öz vəzifəm hesab edirdim. Sadəcə iştirak etməli idim, orada olan hər kəsə kömək etməli idim. Mən kənarda oturub dostların və başqa insanların ora getməsinə baxa bilməzdim”, - o əlavə edib.

 

Peskov atasının onu dəstəklədiyini söyləyib.

 

Qeyd edək ki, Nikolay Peskov 1990-cı ildə Moskvada anadan olub və SSRİ-nin dağılmasından sonra anası ilə birlikdə Böyük Britaniyaya köçüb və 10 il orada yaşayıb. O, vaxtaşırı ögey atasının soyadını istifadə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi