Modern.az

Ukraynanın əks-hücumu 1-2 aydan sonra başlayacaq - Nazir

Ukraynanın əks-hücumu 1-2 aydan sonra başlayacaq - Nazir

Dünya

23 Aprel 2023, 15:13

"Ukraynanın əks-hücumu 1, hətta 2 aydan sonra başlayacaq. Çünki yağışlı hava böyük maneə olaraq qalır".

 

Modern.az xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur Almaniyadakı Ramşteyn hərbi bazasında Ukraynaya Dəstək Qrupunun iclasından sonra ERR-ə müsahibəsində deyib.

 

"Əsl əks-hücum haqqında danışmaq üçün daha bir ay çəkə bilər. Hava dəyişərsə, bu, daha tez baş verə bilər. Əks halda, bir ay, bəlkə də iki ay çəkəcək", - Pevkur bildirib.

 

Onun sözlərinə görə, hazırda maneə lazımi texnikanın olmaması deyil, Ukraynadakı hava şəraitidir.

 

"Hava kifayət qədər yağışlıdır və bu, ağır texnikanın hərəkətini çətinləşdirir. Ukrayna başlamaq üçün havanın yaxşılaşmasını gözləyir”, - deyə Pevkur əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi