Sudan ordusu ilə Çevik Hərəkət Qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən toqquşmalar nəticəsində 420 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə "Əl-Hadath” telekanalı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən məlumat yayıb.
Ölənlərin 264 nəfərinin mülki şəxs olduğu bildirilir. Toqquşmalar zamanı 3,7 min nəfər yaralanıb.