Modern.az

İraq və İran XİN başçıları telefonla danışdılar

İraq və İran XİN başçıları telefonla danışdılar

Dünya

24 Aprel 2023, 16:16

İraqın xarici işlər naziri Fuad Hüseyn və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

 

Modern.az Suriyanın rəsmi SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlər ikitərəfli əlaqələrin gücləndirilməsi aspektlərini və iki ölkənin istəklərinə cavab verən hər sahədə əməkdaşlıq perspektivlərinin vacibliyini müzakirə edib.

 

Bildirib ki, telefon danışığında tərəflər regional və beynəlxalq məsələlər, bölgədəki vəziyyətin inkişafı, qarşılaşdıqları problemlər və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Tərəflərin birgə səyləri ilə sülh və sabitliyi dəstəkləməsinin önəmi vurğulanıb.

 

Abdullahian isə xüsusilə İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpasına dair razılaşmadan sonra baş verən son hadisələri diqqətə çatdırıb və bu razılaşmanın əldə olunması üçün göstərilən səylərə diqqət çəkib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi