Modern.az

Blinkenin köməkçisi Qırğızıstan prezidenti ilə görüşdü - FOTO

Blinkenin köməkçisi Qırğızıstan prezidenti ilə görüşdü - FOTO

Dünya

24 Aprel 2023, 17:24

Qırğız Respublikasının prezidenti Sadır Japarov Bişkekə işgüzar səfərə gələn ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lunu qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstanın Prezident Administrasiyası məlumat yayıb.

 

Qırğızıstan-ABŞ ikitərəfli əməkdaşlığının aktual məsələləri və prioritetləri ətrafında fikir mübadiləsi aparılıb. Japarov qeyd edib ki, Donald Lunun ölkəyə səfəri tərəflər arasında gələcək əməkdaşlıq üçün yaxşı əlamətdir.

 

Nazirlər Kabinetinin sədri Akılbek Japarovun Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iclaslarında iştirak etmək üçün Vaşinqtona son səfərindən danışan Sadır Japarov ümidvar olduğunu bildirib ki, əldə olunan bütün razılaşmalar və planlaşdırılan əməkdaşlıq reallaşdırılacaqdır. O, Qırğızıstanın xarici sərmayələrə, xüsusən də qabaqcıl texnologiyalara və müasir istehsala malik şirkətlər üçün açıq olduğuna diqqət çəkib.

 

Öz növbəsində ABŞ dövlət katibinin köməkçisi Donald Lu Qırğızıstana yenidən böyük sevinclə səfər etdiyini qeyd edib. O, fürsətdən istifadə edərək, həmçinin Suriyanın şimal-şərqindən 59 ölkə vətəndaşının uğurla vətənə qaytarılması münasibətilə prezident Sadır Japarovu təbrik edib və bu məsələdə bundan sonra da əməkdaşlığa hazır olduqlarını bildirib.

 

Bundan əlavə, Donald Lu ABŞ tərəfinin Qırğızıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək, xüsusilə rəqəmsal iqtisadiyyatı dəstəkləmək, eləcə də qarşılıqlı faydalı tərəfdaşlıq üçün digər sahələri və imkanları nəzərdən keçirmək niyyətində olduğunu bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi