Modern.az

Ukrayna hər şeyi başqa cür görür - Podolyakdan cavab

Ukrayna hər şeyi başqa cür görür - Podolyakdan cavab

Dünya

24 Aprel 2023, 17:38

"Yenə qəribə media/sensasiya görürük... ABŞ-ın nüfuzlu mediası komplo nəzəriyyəsi kimi yazıb ki, “müharibənin ildönümündə Ukrayna bütün gücü ilə Moskvaya hücum etməyi planlaşdırırdı, lakin tərəfdaşları bu qərarı dəyişdirməyə məcbur etdilər”. Təbii ki, təfərrüatlar və məntiq olmadan".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

 

"Və mənim sadə bir sualım var. Niyə bunu etməliyik? Belə birdəfəlik hərəkət hansı vəzifəni həll edir? Bu, müharibənin gedişatını dəyişəcəkmi? Bu, rusların qaçmasına səbəb olacaqmı? Bu, silah ehtiyacını aradan qaldırırmı? Ona görə də “anonim mənbələrə” məcburi istinad edilən bu cür nəşrlər yalnız bir dağıdıcı funksiyanı yerinə yetirir: Qərb paytaxtlarında ictimai rəyi elə formalaşdırırlar ki, guya Ukrayna ağılsız, uşaqca və düşüncəsiz ölkədir. Bunun şüurlu və ya şüursuz şəkildə edilməsi başqa sualdır. Amma bu, mətləbi dəyişmir: Ukrayna hər şeyi başqa cür görür. Biz müharibəyə sağlam riyazi məntiqlə yanaşırıq: işğal olunmuş ərazilərdə Rusiyanın logistikasını məhv etmək üçün uzaqmənzilli raketlər, səmanı qorumaq və Rusiya istehkamlarını məhv etmək üçün müxtəlif tipli təyyarələr lazımdır. Bunlar uğurlu əks-hücum əməliyyatlarının və itkilərin minimuma endirilməsinin əsas komponentləridir. Bəlkə müharibənin davam etdiyi və insanların öldüyü bir vaxtda bəhanələrlə oynamağı dayandırmağın və realpolitikadan əl çəkməyin vaxtıdır?", - o qeyd edib.

 

Xatırladaq ki, “Washington Post” nəşri Ukraynanın Moskvaya hücum planının ABŞ tərəfindən qarşısının alındığını yazmışdı.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi