Modern.az

Quterreş Lavrovun önündə Rusiyanı sərt tənqid etdi

Quterreş Lavrovun önündə Rusiyanı sərt tənqid etdi

Dünya

24 Aprel 2023, 19:40

Rusiyanın Ukraynaya qarşı müharibəsi ölkəyə, onun xalqına böyük əzab və dağıntılar gətirir.

 

Modern.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən iclasında deyib.

 

"Rusiya Federasiyasının Ukraynaya müdaxiləsi ölkəyə və onun xalqına böyük əzab və dağıntılar gətirir, COVID-19 pandemiyasının yaratdığı qlobal iqtisadi təlatümləri gücləndirir", - deyə Quterreş bildirib.

 

Buna cavab olaraq Lavrov ABŞ və onların müttəfiqlərini “qloballaşmanı məhv etməkdə” ittiham edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi