Modern.az

Rusiyanı yeni sanksiyalar gözləyir

Rusiyanı yeni sanksiyalar gözləyir

Dünya

25 Aprel 2023, 10:16

Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiyalar paketi hazırda müzakirə mərhələsindədir və mayın ikinci yarısından tez olmayaraq həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.

 

"Hesab edirəm ki, məsələ mayın ikinci yarısında həll olunacaq. Bundan tez heç nə gözləmək olmaz", - deyə XİN başçısı vurğulayıb.

 

O, həmçinin qeyd edib ki, yeni paketə Rusiya ədliyyə sisteminin nümayəndələrinə və ukraynalı uşaqların oğurlanmasına görə məsuliyyət daşıyanlara qarşı şəxsi sanksiyalar əlavə oluna bilər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular