Modern.az

ABŞ Sibir Birləşmiş Ştatları yaratmaq istəyir - Medvedevdən İDDİA

ABŞ Sibir Birləşmiş Ştatları yaratmaq istəyir - Medvedevdən İDDİA

Dünya

25 Aprel 2023, 12:32

"Rusiyanın raketləri, mərmiləri və tankları tükənməyib, müdafiə sənayesi istənilən problemi həll etməyə hazırdır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev deyib.

 

"Rusiya Federasiyasının hərbi-sənaye kompleksi yükün öhdəsindən gəlir və ordunun ehtiyaclarını ödəməyə hazırdır. ABŞ-da Rusiya Federasiyasını Sibir Birləşmiş Ştatlarına və digər ayrı-ayrı ölkələrə bölmək və onları idarə etmək istəyirlər. Rusiya G20-ni başqa ölkələrlə birlikdə yaradıb və indi “məşhur” dost olmayan dövlətlər onu oradan qovmağı təklif edirlər", - Medvedev söyləyib.

 

"Bütün ölkələr yeni genişmiqyaslı qlobal münaqişənin başlanmasının qarşısını almaq üçün səy göstərməlidir", - o əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi