ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla Türkmənistana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə CENTCOM tviter səhifəsində məlumat yayıb.
O, Türkmənistanda ölkənin Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Hərbi kəşfiyyat, Milli Təhlükəsizlik Nazirliyi, Sərhəd Xidməti kimi güc strukturlarının rəhbərləri ilə görüşüb.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya regionlarında hərbi əməliyyatların baş verəcəyi təqdirdə əməliyyatların planlaşdırılmasına və ABŞ qüvvələrinə komandanlıq və nəzarətə cavabdehdir.
READOUT: On April 24th, the CENTCOM commander visited Turkmenistan. pic.twitter.com/mJ9biqj0uR
— U.S. Central Command (@CENTCOM) April 25, 2023