Estoniyanın Baş naziri Kaya Kallas Ukraynaya səfər edib.
Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, o, Buça və Borodiankada olub.
Borodiankada Kallas Rusiya qoşunları tərəfindən güllələnmiş Taras Şevçenkonun abidəsini ziyarət edib.
Buçada Estoniyanın baş naziri kütləvi məzarlıqlar yerinə baş çəkib.