İsveç 5 rusiyalı diplomatı diplomatik statuslarına uyğun gəlməyən fəaliyyətlərə görə ölkədən çıxarır.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi çərşənbə axşamı açıqlama yayıb.
İsveç ötən ilin aprelində Rusiyanın Ukraynaya təcavüzünün başlaması fonunda 3 rusiyalı diplomatı da ölkədən çıxarmışdı.
Bu ayın əvvəlində Norveç Xarici İşlər Nazirliyi diplomatik vəzifələr pərdəsi altında fəaliyyət göstərən kəşfiyyat zabitləri olduqlarını əsas gətirərək Rusiya səfirliyinin 15 rəsmisini ölkədən çıxardığını bildirib.