Modern.az

Böyük dövlət statusunu əlimizdən almaq istəyirlər - Patruşev

Böyük dövlət statusunu əlimizdən almaq istəyirlər - Patruşev

Dünya

25 Aprel 2023, 16:42

"Qərb dövlətləri Rusiyanı təcrid etmək, onun böyük dövlət statusunu əlindən almaq cəhdlərini davam etdirir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

 

"Rusiya rəqiblərinin hərəkətlərini bir neçə addım qabaqda görməli və Qərblə qarşıdurmada qalib gəlmək üçün qabaqlayıcı tədbirlər görməlidir. ABŞ Rusiyaya və digər dövlətlərə qarşı bioloji müharibə hazırlayır, buna qarşı çıxmaq lazımdır. Hərbi əməliyyat təcrübəsi Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında elmi şura tərəfindən nəzərə alınıb və müdafiə sektorunda yeni təkliflərin hazırlanmasında istifadə olunur", - deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi