Modern.az

Tramp Baydeni debata çağırdı - Sərt ittihamlar

Tramp Baydeni debata çağırdı - Sərt ittihamlar

Dünya

25 Aprel 2023, 18:24

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, o, indiki prezident Co Baydenlə "nailiyyətləri müqayisə edə biləcəkləri debat mərhələsində" görüşməyi səbirsizliklə gözləyir.

 

Modern.az xəbər verir ki, Tramp Respublikaçılar Partiyasının seçki kampaniyasında iştirak edir. Co Bayden isə bu gün ikinci dəfə Demokratlar Partiyasından namizədliyini irəli sürəcəyini açıqlayıb.

 

Tramp Baydenin prezidentliyini fəlakətli və uğursuz adlandırıb.

 

"Amerika tarixinin ən pis beş prezidentini götürə və onları bir yerə qoya bilərsiniz, onlar Co Baydenin cəmi bir neçə ildə ölkəmizə vurduğu zərəri etməyəcəklər", - Tramp açıqlamasında deyib.

 

O, həmçinin prezidentin iqtisadiyyat, inflyasiya, qeyri-qanuni miqrasiya, Əfqanıstan və ümumilikdə xarici siyasətini sərt tənqid edərək, Baydeni “Amerika tarixinin ən korrupsiyalaşmış prezidenti” adlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi