ABŞ-da rəyi soruşulan demokratların 44 faizinin fikrincə, Co Bayden yaşı ilə əlaqədar 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməməlidir.
Modern.az xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyinin “Ipsos” kompaniyası ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələrində yer alıb.
Sorğuya cəlb olunan respublikaçıların 34 faizi Ağ evin sabiq rəhbəri Donald Trampın prezident seçkilərində iştirakını istəmədiyini bildirib.
Sorğu aprelin 22-dən 24-dək 1000-dən çox amerikalı arasında keçirilib.
Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirakını bu gün rəsmən elan edib. O, yenidən seçiləcəyi təqdirdə ikinci prezidentlik müddətinə 82 yaşında başlayacaq və Amerika tarixinə ən yaşlı dövlət başçısı kimi düşəcək.