Rusiyanın "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin prezident Vladimir Putinlə əlaqələrinin şişirdildiyini deyib.
Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, Kremllə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
"Sizə deyim ki, mənim prezident Putinlə əlaqələrim haqqında şayiələr çox şişirdilib. Təbii ki, mən onunla danışmışam, amma tanışlığımızla bağlı deyilənlər sadəcə şayiədir", - Priqojin bildirib.
Qeyd edək ki, "Putinin aşbazı" adlandırılan Priqojin iş adamıdır və Ukraynadakı müharibədə iştirak edən "Vaqner" silahlılarına rəhbərlik edir.