Modern.az

Moldovaya yardım ayrıldı - 40 milyon avro...

Moldovaya yardım ayrıldı - 40 milyon avro...

Dünya

25 Aprel 2023, 23:02

Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər Nazirləri Şurası Moldovaya yardım verilməsi barədə qərarı təsdiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku məlumat yayıb.

 

Maliyyə yardımı müdafiə potensialının inkişafı üçün nəzərdə tutulub.

 

"Mən Aİ-nin daimi dəstəyinə görə minnətdarlığımı bildirdim və Moldovanı Avropa İttifaqına cəlb etmək üçün eyni əzmlə işləməyə davam edəcəyimizi vurğuladım", - nazir bildirib.

 

Qeyd edək ki, maliyyə yardımı Avropa Sülh Fondundan veriləcək və dəyəri təxminən 40 milyon avrodur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi