Ermənistanın baş naziri Nikol Paşinyana küçədə “Satqın Nikol” deyə müraciət edən gənc həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan bildirib.
“Vətəndaş mənə məlumat verdi ki, onun tanıdığı gənc oğlan küçədə baş nazirə “satqın Nikol” dediyi üçün həbs edilib”, - hüquq müdafiəçisi vurğulayıb.
Onun sözlərinə görə, hadisə saat 21:00 radələrində Sayat-Nova küçəsində baş verib.