ABŞ-ın Florida şəhərində 33 yaşlı Brayan Uaddell tutduğu köpəkbalığını çəkiclə vurduğuna görə həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Hadisə 20 dekabr 2022-ci ildə "Bicentennial Beach Park"da baş verib. Şahidlər onun köpəkbalığını çimərlik boyu sürüyərək bir neçə dəfə vurduğunu və daha sonra okeana atdığını lentə alıblar.
Uaddell qorunan köpəkbalığı növünü vəhşi təbiətə qaytarmamaqda və köpək balıqlarının ovlanması qaydalarını pozmaqda ittiham olunur.