Modern.az

Lavrovun müavini İrəvanda - FOTO

Lavrovun müavini İrəvanda - FOTO

Dünya

26 Aprel 2023, 09:56

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistana səfər edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

O, ermənistanlı həmkarı ilə sülhməramlıların nəzarət zonasındakı vəziyyəti müzakirə edib. Mixail Qaluzin və Ermənistan XİN başçısı Ararat Mirzoyan İrəvanda keçirilən görüşdə üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə səylərin gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

 

Vurğulanıb ki, ikitərəfli münasibətlərin dinamikası, xüsusən də ticarət-iqtisadi sahədə qeyd olunub, regional təhlükəsizlik mövzusuna toxunulub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi