Modern.az

Akar Moskva görüşünün nəticələrini dəyərləndirdi

Akar Moskva görüşünün nəticələrini dəyərləndirdi

Dünya

26 Aprel 2023, 10:10

Türkiyənin milli müdafiə naziri Hulusi Akar dünən Moskvada keçirilən Türkiyə, Suriya, Rusiya və İran müdafiə nazirlərinin görüşünün nəticələrini dəyərləndirib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, görüşün müsbət keçdiyini bildirib:

 

"Biz terror bəlasından tez bir zamanda xilas olmaq, ölkəmizin, sərhədlərimizin, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, bölgəyə sülh, sabitlik və əmin-amanlıq gətirmək üçün çalışırıq".

 

"Hesab edirik ki, müsbət atmosferdə keçən bu görüş gələcək fəaliyyətə, regionda sülh və sabitliyə ciddi töhfələr verəcək. Suriyalı qardaş və bacılarımızın könüllü olaraq evlərinə və torpaqlarına qayıtmasını təmin etməyi hədəfləyirik", - deyə Akar əlavə edib.

Bu xəbər ilə bağlı
4 ölkənin müdafiə naziri Moskvada görüşdü
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi