Modern.az

PKK-ya qarşı əməliyyat: Deputatlığa namizəd saxlanıldı

PKK-ya qarşı əməliyyat: Deputatlığa namizəd saxlanıldı

Dünya

26 Aprel 2023, 12:34

Türkiyədə Yaşıl Sol Partiyanın (YSP) Kocaeli üzrə 13-cü sıradan deputatlığa namizədi Ayten Dönmez İstanbulun Üsküdar rayonunda  saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Məlumata görə, Dönmezin keçmişdə qeyri-qanuni yollarla xaricə getdiyi, PKK terror təşkilatına qoşulduğu, siyasi-ideoloji və ya silahlı təlim aldıqdan sonra qanunsuz yollarla ölkəyə qayıtdığı müəyyən edilib.

 

Hazırda araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi