Modern.az

NATO Rusiya qırıcılarını ələ keçirdi

NATO Rusiya qırıcılarını ələ keçirdi

Dünya

26 Aprel 2023, 13:08

NATO Baltik dənizi üzərində Rusiyanın üç hərbi təyyarəsini ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələri "Twitter" hesabında məlumat yayıb.

 

Məlumata görə, Almaniya və Böyük Britaniya qüvvələri Baltik dənizi üzərində beynəlxalq hava məkanına daxil olan Rusiya təyyarələrini müəyyən edib.

 

Bildirilib ki, iki Su-27 qırıcısı və bir İl-20 transponder təyyarəsi əvvəlcədən xəbərdarlıq etmədən uçuşlar həyata keçirib.

 

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi