Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə səfərdə olan İtaliyanın müdafiə naziri Qido Krosettonu qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə Özbəkistan-İtaliya çoxşaxəli əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Söhbət zamanı enerji, o cümlədən bərpa olunan enerji, logistika, kənd təsərrüfatı və digər sənaye sahələrində praktiki əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.
Mirziyoyev Özbəkistan və İtaliyanın müdafiə nazirlikləri arasında tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini qeyd edib. Həmçinin regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi, o cümlədən Əfqanıstandakı vəziyyətin sülh yolu ilə nizamlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.