Modern.az

Prezident Kırımla bağlı mövqeyini dəyişdi

Prezident Kırımla bağlı mövqeyini dəyişdi

26 Aprel 2023, 16:55

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Rusiya və Ukrayna arasında razılaşma əldə etmək üçün sülh qrupu yaratmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

O, həmçinin Krımın mülkiyyəti ilə bağlı suala cavab verməkdən imtina edərək bildirib ki, bu məsələni Moskva və Kiyev danışıqlar masası arxasında həll etməlidir.

 

"Bu, Rusiya və Ukrayna arasında müzakirədir" ,- deyə Braziliya prezidenti bildirib.

 

Qeyd edək ki, Luiz İnasio Lula da Silva bundan öncə Ukrayna müharibəsi ilə bağlı səsləndirdiyi fikirlərə görə tənqid olunmuşdu. O, hesab edir ki, Rusiyanın müharibəyə başlamasında Ukraynanın da günahı var. Eyni zamanda Krımın Rusiyanın tərkibində qalmağına tərəfdar olduğunu deyirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi