Modern.az

Ukrayna Çinə yeni səfir təyin etdi

Ukrayna Çinə yeni səfir təyin etdi

Dünya

26 Aprel 2023, 17:00

Pavel Ryabikin Ukraynanın Çindəki səfiri təyin edilib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, onun təyinatı ilə bağlı müvafiq sərəncamı Ukrayna prezidenti Volodimir Zelenski imzalayıb.

 

Ryabikin bundan əvvəl strateji sənaye naziri vəzifəsində çalışıb. Təyinat Zelenskinin Çin sədri Si Tsinpinlə telefon danışığından sonra gerçəkləşdirilib.

 

Qeyd edək ki, Ukraynanın Pekindəki sabiq səfiri Sergey Kamışev 2021-ci ildə vəfat edib.

Bu xəbər ilə bağlı
Zelenski müharibədən sonra ilk dəfə Çin lideri ilə DANIŞDI
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi