Modern.az

Rusiya Ermənistanla birgə forum keçirəcək

Rusiya Ermənistanla birgə forum keçirəcək

Dünya

26 Aprel 2023, 17:50

Aprelin 28-də İrəvanda birinci Rusiya-Ermənistan mədəni təhsil forumu keçiriləcək. 

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, forum Rusiyanın Mədəniyyət Nazirliyi və Ermənistanın Təhsil, Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

 

Mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi, təhsil mühitinin yaxşılaşdırılması, kadr hazırlığı, universitetlərin işinə texnologiyaların və innovasiyaların tətbiqi məsələlərinin müzakirəsi planlaşdırılır.

 

Tədbir çərçivəsində, o cümlədən, Moskva Dövlət Mədəniyyət İnstitutunun ustad dərsləri keçiriləcək. Həmçinin Ermənistanda Rusiya Kinosu Günləri açılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi