Modern.az

ABŞ Norveçə 1 milyardlıq helikopter satacaq

ABŞ Norveçə 1 milyardlıq helikopter satacaq

Dünya

27 Aprel 2023, 08:34

ABŞ Dövlət Departamenti "MH-60R" helikopterlərinin və digər sistemlərin Norveçə satılmasına icazə verib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi təxminən 1 milyard dollar qiymətinə olan MH-60R" çoxməqsədli helikopterlərin və müvafiq avadanlıqların Norveç hakimiyyətinə potensial satışını təsdiqləyib.

 

Administrasiya qərarla bağlı ABŞ Konqresini xəbərdar edib. Qanunverici orqanın potensial razılaşmanı nəzərdən keçirmək üçün 30 günü var.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi