Modern.az

Özbəkistandakı referendumun ilkin nəticələri - YENİLƏNİB

Özbəkistandakı referendumun ilkin nəticələri - YENİLƏNİB

1 May 2023, 11:00

Özbəkistanda dünən keçirilən referendumun ilkin nəticələri açıqlanıb.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 

İlkin məlumatlara görə, yenilənmiş Konstitusiyaya 15 milyondan çox vətəndaş və ya səsvermədə iştirak edənlərin 90.21 faizi səs verib.

 

***

30.04.2023 / 18:38

 

Özbəkistanda bu gün keçirilən referendum başa çatıb.

 

Modern.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

 

Seçicilərin 81.39 faizi səsvermə hüququndan istifadə edib. Qanunvericiliyə əsasən, seçicilərin 50 faizinin qatıldığı referendum baş tutmuş hesab olunur.

 

ABŞ-da yaşayan Özbəkistan vətəndaşları isə yerli vaxtla 1 may tarixinədək səs verə biləcəklər.

 

***

12:04

 

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ailəsi ilə birlikdə referendumda səs verib.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, Özbəkistanın dövlət başçısı ailə üzvləri ilə birlikdə Daşkəndin Mirzo-Uluqbəy rayonundakı 59 saylı seçki məntəqəsində olub və referendumda səs verib.

 

 

 

***

09:34

 

Özbəkistanda konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilir.

 

Modern.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, ümumxalq səsverməsi yerli vaxtla 08:00-da start götürüb.

 

***

28.04.2023 / 13:08

 

İki gündən sonra, aprel ayının 30-da Özbəkistanda referendum keçiriləcək. 

 

Modern.az xəbər verir ki, referendumda konstitusiyaya dəyişikliklər səsverməyə çıxarılacaq.

 

Ölkə parlamenti dəyişikliklərlə bağlı qanun layihəsini mart ayının 15-də təsdiq edib. Özbəkistan Konstitusiyasının yenilənməsi zərurəti 2021-ci il oktyabrın 6-da ikinci müddətə seçilən prezident Şavkat Mirziyoyev tərəfindən bəyan edilib. O qeyd edib ki, konstitusiya dövrün tələblərinə uyğun təkmilləşdirilməlidir.

 

Konstitusiyaya dəyişikliklərin önəmli hissəsi insanların hüquq və azadlıqları ilə bağlıdır. Dəyişiklik təklifində Özbəkistanın suveren, demokratik, hüquqi, sosial və dünyəvi dövlət olduğu bildirilir. Ölkə tarixində ilk dəfə olaraq konstitusiya əsas qanunun ölkənin ən yüksək hüquqi qüvvəsinə malik olduğunu və bütün ölkə ərazisində vahid hüquqi məkan yaratdığını təsbit edəcək.

 

Dəyişikliyə əsasən, Özbəkistanda Prezidentinin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılır. Dəyişikliklərdə, həmçinin Qaraqalpaqıstan Respublikasının "suveren" statusundan imtina edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi