Modern.az

Türkiyə nüvə enerjisinə malik ölkə olacaq - Putin

Türkiyə nüvə enerjisinə malik ölkə olacaq - Putin

27 Aprel 2023, 17:55

“Türkiyə artıq nüvə enerjisinə, dünyanın ən ucuz mənbələrindən birinə malik ölkə olacaq”.

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Akkuyu AES-ə yanacaq tökülməsi mərasimində onlayn formatda iştirak edən Rusiya prezidenti Vladimir Putin deyib.

 

“Türkiyə-Rusiya tarixinin ən böyük ortaq layihələrindən biri olan Akkuyu AES ölkələrimiz arasında qonşuluq münasibətlərinə töhfə verəcək”, - Putin söyləyib.

 

“Akkuyu AES-dəki sistem dünyanın ən müasir və etibarlı təhlükəsizlik sistemlərindən biridir”, - o əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi