Modern.az

Cəbhədən hər gün müsbət xəbərlər gəlir - NAZİR

Cəbhədən hər gün müsbət xəbərlər gəlir - NAZİR

28 Aprel 2023, 14:12

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov cəbhədən gələn xəbərlərdən danışıb.

 

Modern.az xəbər verir ki, nazir bununla bağlı "Unian"a müsahibə verib. O bildirib ki, əslində hər gün müsbət xəbərlər gəlir.

 

"Bu, toxumun cücərməsi üçün yaxşı əsasdır. İkincisi, Baxmutu götürək. Cəbhənin yalnız bir dar sektorunda 8 aydır irəliləyirlər. Ona görə də düşünürəm ki, hər yeni gün yaxşı xəbərdir. Bu, bizi qələbəyə yaxınlaşdırır”, - deyə nazir söyləyib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi