Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında Cənubi Qafqazdakı vəziyyətə toxunulub.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov təşkilatın Birləşmiş Qərargahının yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirdə danışıb.
"Ermənistan və Azərbaycan arasında illərlə davam edən ziddiyyətlər səbəbindən Qafqazda gərginlik davam edir", - deyə o bildirib.