Rusiyanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Ermənistanın ədliyyə naziri Qriqor Minasyanla görüşüb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, səfirliyin konsulluq xidmətinin rəhbəri Rəşid Atayev də görüşdə iştirak edib.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq və yeni qarşılıqlı fəaliyyət yolları müzakirə edilib.
Həmçinin kadr hazırlığı üzrə birgə addımlara və may ayında Sankt-Peterburqda keçiriləcək XI Hüquq Forumunda Ermənistan nümayəndə heyətinin iştirakı ilə bağlı məsələlərə toxunulub.