Nigeriyanın Plato vilayətində yanacaq daşıyan tanker partlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb.
Məlumata görə, partlayış naməlum səbəbdən evakuasiya zamanı baş verib. Qəza nəticəsində 10 nəfər isə yaralanıb.
Partlayış zamanı 28 mağaza və 8 avtomobilə ziyan dəyib.