Modern.az

Zelenskidən Şarl Mişelə: Bu, Ukraynaya zərbədir

Zelenskidən Şarl Mişelə: Bu, Ukraynaya zərbədir

28 Aprel 2023, 22:10

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb.

 

Prezident bildirib ki, bəzi qonşu dövlətlərin Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyması ilə bağlı vəziyyəti ətraflı müzakirə ediblər.

 

"Avropa İttifaqı ilə ticarətin süni və qeyri-qanuni məhdudlaşdırılması Rusiyanın təcavüzünə həm iqtisadi, həm də siyasi müqavimət göstərən Ukraynaya zərbə vurur", - Zelenski qeyd edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi