Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Ukraynadakı müharibə, Suriya və Sudandakı hadisələr müzakirə olunub.
Ərdoğan BMT-nin Suriyaya yardım mexanizminin uzadılmasının böyük əhəmiyyət daşıdığını bildirib. O, Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsinə önəm verdiklərini ifadə edib.