Rusiya ordusu Ukraynanın Xerson vilayətinin Bilozerka bölgəsini atəşə tutub.
Modern.az xəbər verir ki, bu barədə vilayət rəsmiləri məlumat yayıb.
Hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Bir neçə fərdi evə ziyan dəyib. Mərmilərin düşdüyü yerlərdə yanğınlar başlayıb.
"Təəssüf ki, bir nəfər dünyasını dəyişib. Yanğın söndürüldükdən sonra 57 yaşlı qadının meyiti yaşadığı evin dağıntıları altından tapılıb", - açıqlamada bildirilib.