Rusiya prezidenti Vladimir Putinin Moldovaya girişinə qadağa qoyulub.
Modern.az xəbər verir ki, bu barədə Moldovanın baş naziri Dorin Recean məlumat verib.
Recean qeyd edib ki, Moldovaya daxil ola bilməyən Rusiya vətəndaşlarının "qara siyahı"sı var. Onun sözlərinə görə, bəzi Rusiya rəsmiləri bu barədə yalnız Moldovaya daxil olmaq istəyəndə xəbər tutacaqlar.
"Nə vaxtsa biz siyahını açıqlayacağıq; hazırda bu gün işləyən mexanizm kifayətdir", - o bildirib.