Modern.az

Krıma PUA zərbəsi endirildi - Yanğın oldu

Krıma PUA zərbəsi endirildi - Yanğın oldu

29 Aprel 2023, 09:09

Rusiya tərəfindən ilhaq edilən Ukraynanın Krım bölgəsində yanacaq çəni yanıb.

 

Modern.az xəbər verir ki, Rusiyanın Krıma təyin etdiyi nümayəndələr yanğının sahəsinin 1000 kvadratmetr olduğunu bildirib.

 

Rusiyanın təyin etdiyi Mixail Razvojayev yarımadaya pilotsuz uçuş aparatı ilə hücum edildiyini iddia edib. Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.

 

Ukrayna tərəfi hadisəyə münasibət bildirməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi