Vaşinqtonun və onun peyklərinin Moskvanı təcrid etmək səyləri tamamilə uğursuzluğa düçar olur, çünki qlobal əksəriyyət keçmiş müstəmləkəçi dövlətlər üçün “oddan şabalıd çıxarmaq” istəmir.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Şənbə günü çoxqütblülük üzrə onlayn Qlobal Konfransda çıxış edən rusiyalı nazir bildirib: “Vaşinqton və onun peyklərinin tarixin gedişatını dəyişdirmək və beynəlxalq ictimaiyyəti “qaydalara əsaslanan dünya nizamı”na uyğun yaşamağa məcbur etmək səyləri görünür. Mən yalnız Rusiyanı təcrid etmək istiqamətində qərblilərin apardıqları tamamilə uğursuz kursu qeyd edəcəyəm. Dünya əhalisinin təxminən 85%-nin yaşadığı ölkələrin əksəriyyəti keçmiş müstəmləkəçi dövlətlər üçün şabalıdları oddan çıxarmaq istəmir".