Modern.az

Krımı azad edəcəyik - Zelenski əks-hücumdan danışdı

Krımı azad edəcəyik - Zelenski əks-hücumdan danışdı

29 Aprel 2023, 10:07

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin əks-hücuma keçməyi planlaşdırdığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Yle" telekanalına müsahibəsində danışıb.

 

O deyib ki, Ukrayna Rusiya qüvvələrini dəf edə, həmçinin Krım yarımadasını azad edə biləcək. Zelenski hücumun vaxtını açıqlamayıb. Telekanalın məlumatına görə, əks-hücumun yazın sonu və ya yayın əvvəlinə planlaşdırıldığı güman edilir.

 

Zelenski qeyd edib ki, Ukraynanın uğuru Qərbin göndərəcəyi silahlardan asılıdır: "Biz mümkün qədər çox insanın həyatını xilas etmək istəyirik, ona görə də silahlar vacibdir", - Ukrayna prezidenti vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi