Modern.az

Etiraz aksiyaları Parisə 1.6 milyon avro ziyan vurub

Etiraz aksiyaları Parisə 1.6 milyon avro ziyan vurub

29 Aprel 2023, 12:17

Fransada qalmaqallı pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyaları zamanı Paris şəhərinə dəyən ziyanın məbləği açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Parisin vitse-meri Emmanuel Qreqoir məlumat yayıb.

 

O bildirib ki, pensiya islahatına qarşı etirazlar nəticəsində “şəhər infrastrukturuna dəymiş ziyan” 1,6 milyon avro qiymətləndirilir.

 

Şəhər rəsmiləri etirazlardan sonra küçələrin təmizlənməsinə 536 min avro xərcləyib. Daha 106 min avro isə şlaqbaumların, avtobus dayanacaqlarının və bank pəncərələrinin təmirinə ayrılıb. Şəhər büdcəsinə ən çox baha başa gələn reklam lövhələrinin və mətbu köşklərin təmiri olub.

 

Qeyd edək ki, aksiyalarda milyonlarla insan iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi