Modern.az

Ukrayna xüsusi təyinatlıları əks-hücuma hazırlaşır

Ukrayna xüsusi təyinatlıları əks-hücuma hazırlaşır

29 Aprel 2023, 14:01

Bundesverin mütəxəssisləri Rusiya ordusuna qarşı əks-hücum əməliyyatları üçün nəzərdə tutulan Ukrayna xüsusi təyinatlı qüvvələrinə Almaniyada təlim keçir.

 

Modern.az “Bild” qəzetinə istinadla xəbər verir ki, təlimlər Almaniya Silahlı Qüvvələrinin 10-dan çox bazasında təşkil olunub. Bundan əvvəl alman hərbi mütəxəssisləri ukraynalılara “Leopard” tanklarını və “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğularını idarə etməyi öyrədirdilər.

 

Qəzetin yazdığına görə, xüsusi təyinatlılar əsasən küçə döyüşləri taktikası üzrə təlim keçirlər. Bu isə onu göstərir ki, Kiyev məskunlaşan ərazilərdə əməliyyatlar keçirməyə hazırlaşır. Bundan əlavə, Ukrayna hərbçilərinə potensial düşmənin möhkəmləndirilmiş mövqelərinə hücum etmək də öyrədilir.

 

Təlimlərə azı 1000 ukraynalı hərbçi cəlb olunub. Onların təxminən100-ü alman tanklarını idarə etməyi öyrənir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi