ABŞ-ın Texas ştatının cənub-şərqində naməlum silahlı şəxs evlərdən birinə atəş açıb.
Modern.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Onlardan 4-ü hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib.
Hadisənin motivləri bəlli deyil. Hücum edən şəxs hələlik tutulmayıb.